PDF Oxu

Siyasət

  • 6

Nizami Cəfərov: Sammit zamanı qəbul olunan qərarlar türk birliyinin güclənməsinə öz töhfəsini verəcək

Nizami Cəfərov: Sammit zamanı qəbul olunan qərarlar türk birliyinin güclənməsinə öz töhfəsini verəcək

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələ sammitinin keçirilməsi çox önəmli hadisədir. Bu sammit zamanı qəbul olunan qərarlar türk birliyinin güclənməsinə öz töhfəsini verəcək". Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, ümumiyyətlə, türkdilli ölkələr arasında münasibətlərin daha da güclənməsi istiqamətində önəmli addımlar atılır. Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması və fəaliyyəti də bu prosesin tərkib hissəsidir.

"Faktlar göstərir ki, artıq türk dövlətləri özlərinin birgə yaratdığı təşkilatlarla dünyaya çıxırlar. Ümumiyyətlə, qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca aktualdır" - deyə, işçi qrupunun rəhbəri vurğulayıb.

yap.org.az

Digər xəbərlər