PDF Oxu

Siyasət

  • 7

Musa Quliyev: Həyata keçirilən bütün işlər mükəmməl hüquqi bazaya söykənir

Musa Quliyev: Həyata keçirilən bütün işlər mükəmməl hüquqi bazaya söykənir

"Son illər Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir. Qürurla deməliyik ki, Azərbaycan bu inkişaf tempinə görə, dünyada öndə gedən dövlətlərin sırasındadır". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, qazanılan nailiyyətlərin köklü səbəbləri vardır. Onun fikrincə, Azərbaycanın bugunkü nailiyyətlərinin əsasını Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və bu siyasətin Azərbaycan Pezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi təşkil edir.

"Bu gün respublikamızın bütün guşələrində abadlıq və quruculuq işləri böyük vüsət alıb. Azərbaycan günü-gündən müasirləşir, modernləşir və yeni-yeni uğurlara imza atır. Təbii ki, uğurların qazanılmasında Azərbaycan parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarının da xüsusi rolu var. Çünki həyata keçirilən bütün işlər mükəmməl hüquqi bazaya söykənir"- deyə, komitə sədrinin müavini qeyd edib.

yap.org.az

Digər xəbərlər