"Prezident Vladimir Putinin Bakıya səfəri Azərbaycan ilə Rusiya arasında münasibətlərin normal olmasını göstərir". Bu fikri Azərbaycan – Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin komitə sədri Arif Rəhimzadə deyib.
A.Rəhimzadə bildirib ki, bu səfər bir daha hər iki ölkə arasında ortaq maraqların olduğunu göstərir. Onun sözlərinə görə, bu səfərin digər vacib əhəmiyyəti odur ki, bəzi mətbu orqanlarda V.Putinin səfəri ilə bağlı yayılan bəzi məlumatların hamısına son qoyuldu.
"Bu səfər dövlətlərimiz arasında münasibətlərin çox yaxşı olduğunu göstərdi. Hazırda Rusiya ilə Azərbaycan arasında yaxşı əlaqələr mövcuddur və bu əlaqələr gələcəkdə də uğurla davam etdiriləcək"- deyə, A.Rəhimzadə vurğulayıb.
sia.az