"Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında fəal iştirak edən Azərbaycan rəsmi Vilnusla birgə bu interqasiyada öz töhfələrini verəcək". Bu fikirləri Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, deputat Fuad Muradov deyib.
F.Muradov bildirib ki, Litva Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin qorunması istiqamətində atdığı addımları yüksək dəyərləndirir. Onun sözlərinə görə, litvalı rəsmilərlə görüşləri zamanı onlar Litvanın Avropa İttifaqının xarici energetika siyasətini tərəfdaş ölkələrlə daha yaxşı əlaqələndirəcəklərinə ümid etdiklərini bildirirlər.
"Biz 2013-cü ilin noyabr ayında Vilnüsdə Aİ üzvlərinin və Şərq tərəfdaşlığı layihəsinin iştirakçısı olan ölkələrin sammitində iştirak edəcəyik. Rəsmi Vilnus həmçinin, Cənubi Qafqazda dondurulmuş münaqişələrin bu regionun inkişafına mane olduğunu anlayır. Litva ATƏT-də sədrlik edən dövrdə Cənubi Qafqaz regionunda münaqişələrin tənzimlənməsinə köməyini göstərib. Vilnüsdə belə hesab edirlər ki, Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin möhkəmlənməsi münaqişələrin tənzimlənməsi üçün yeni imkanlar yaradır və regionda sabitliyi möhkəmlədir"- deyə, F.Muradov qeyd edib.
yap.org.az