PDF Oxu

Siyasət

  • 6

Brestdə keçiriləcək “Ekoloji təhlükəsiz yollar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Azərbaycan da iştirak edəcəkdir

Brestdə keçiriləcək “Ekoloji təhlükəsiz yollar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Azərbaycan da iştirak edəcəkdir

MDB-nin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, avqustun 26-da "Belovejskaya puşşa" milli parkında Azərbaycanın da iştirakı ilə "Ekoloji təhlükəsiz yollar" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.

Konfransın təşkilatçıları Yol İşçilərinin Hökumətlərarası Şurası, Belarus Respublikasının Nəqliyyat və Kommunikasiyalar Nazirliyi və "Belavtodor" holdinqidir.

Tədbir avtomobil yollarının layihələşdirilməsi, tikintisi və istismarı prosesində ekoloji tələblərin nəzərə alınması sahəsində təcrübə mübadiləsi məqsədilə keçirilir.

Forum iştirakçıları yolların diaqnostikası, yol tikintisində tullantıların utilləşdirilməsi, emalı və istifadə edilməsi proseslərinin idarə olunması, nəqliyyat vasitələrinin yolların "libasına" təsiri, avtomobil yolları layihələşdirərkən ətraf ərazilərin monitorinqi məsələlərini müzakirə edəcəklər.

Konfransın Belarusdan olan iştirakçıları "Belovejskaya puşşa" milli parkının ətrafında dairəvi avtomobil yolu və M-5 marşrutu üzrə Minsk-Qomel avtomobil yolunun ayrı-ayrı sahələri nümunəsində avtomobil yollarının tikintisi və yenidən qurulması zamanı təbiəti mühafizə tədbirlərinin keçirilməsi təcrübəsini bölüşəcəklər.

Forum çərçivəsində Azərbaycan, Belarus, Qırğızıstan və digər dövlətlərin yol-nəqliyyat komplekslərinin ekoloji təhlükəsizliyinin təmin edilməsi problemləri, habelə avtomobil yollarının və şəhər küçələrinin saxlanmasında ekoloji təhlükəsizliyin artırılması yolları nəzərdən keçiriləcəkdir.

AzərTAc

Digər xəbərlər