PDF Oxu

Siyasət

  • 15

İsveç Rikstaqında “Avropada irqçi meyllərin artması” mövzusunda seminar keçirilmişdir

İsveç Rikstaqında “Avropada irqçi meyllərin artması” mövzusunda seminar keçirilmişdir

2013-cü il avqustun 19-da İsveç Rikstaqında "Avropada irqçi meyllərin artması" mövzusunda seminar keçirilmişdir.

Seminarın təşkilatçısı və aparıcısı fəaliyyəti cəmiyyətdə irqçilik və ekstremizm əleyhinə, habelə tolerantlığa yönəldilmiş "Ekspo" Fondunun baş direktoru Aleks Benqtssondur. Rikstaqı İsveç Xalq Partiyasının üzvü Fredrik Malm təmsil etmişdir. İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri Emil Mirzəyev və İsgəndər Sadıq da seminarda iştirak etmişlər. Bu barədə AzərTAc-a İsveç Azərbaycanlıları Konqresindən məlumat verilmişdir.

Fondun rəhbəri A.Benqtsson bəzi Avropa ölkələrində baş verən hadisələrin real mənzərəsindən danışmış, vətəndaş cəmiyyətinin irqçiliyə və ekstremizmə qarşı necə mübarizə aparması, cəmiyyətdə tolerantlığı necə inkişaf etdirməsi barədə nümunələr gətirmişdir.

Seminardan sonra İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevlə F.Malmın görüşü olmuşdur. Ermənistanın maraqlarını güdən F.Malm "Ermənilərin soyqırımının İsveç parlamenti tərəfindən tanınmasına sanballı töhfəsinə görə" Ermənistan Milli Məclisinin fəxri medalı ilə təltif edilmişdir.

( http://www.panarmenian.net/eng/politics/news/67971/ ).

E.Mirzəyev söhbət əsnasında F. Malmı Azərbaycana dəvət etmiş, real vəziyyətlə, yəni Azərbaycan ərazilərinin 20 faizinin - Dağlıq Qarabağın və ətraf yeddi rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi, bu işğal nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün olması faktı ilə yerində tanış olmağa çağırmışdır.

AzərTAc

Digər xəbərlər