ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin yeni həmsədr kimi təyin olunması Minsk qrupunun apardığı danışıqlara yeni nəfəs gətirəcəyinə ümid edirik. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Ceyms Uorlik artıq səfirliklə əlaqə saxlayıb və hazırda səfirlik Azərbaycan hökuməti ilə yeni həmsədrin səfərinin nə zaman baş tuta biləcəyi ilə bağlı danışıqlar aparır: "Biz həmişə Azərbaycan hökuməti ilə sıx-sıx danışıqlar aparmışıq ki, Minsk qrupunun həmsədri və eyni zamanda ABŞ olaraq, biz bu prosesin sürətlənməsi, onun irəliyə doğru getməsinə kömək etmək üçün nə edə bilərik. Düşünürəm ki, Ceyms Uorlik Azərbaycana, eyni zamanda Ermənistana səfər edəndən sonra bu məsələni müzakirə edəcək və ABŞ olaraq, bu prosesi sürətləndirmək üçün nə edə biləcəyimiz barədə hökumətlə məsləhətləşəcək".
D.Noqan qeyd edib ki, bu münaqişə üzrə aparılan danışıqlarda gözlənilən inkişafa nail olunmamasının Azərbaycan üçün nə qədər üzücü olduğunu başa düşürlər: "Ona görə də sizi inandırmaq istəyirəm ki, ABŞ olaraq, Minsk qrupu çərçivəsində danışıqlar prosesinin irəli getməsi üçün əlimizdən gələni edəcəyik".
sia.az