"Müxalifət düşərgəsi həmişə gənclərin potensialından öz məqsədləri üçün istifadə etməyə çalışır. Amma bu məqsədlərinə nail ola bilmir". Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, müxalif partiya rəhbərlərin bəziləri gənclərin aldadılmasının mümkün olduğunu düşünürlər. Onun sözlərinə görə, belə düşünənlər çox yanılırlar.
"Onların 1990-cı illərin əvvəlində həyata keçirdikləri taktika bu dəfə baş tutmayacaq. Çünki bütün Azərbaycan cəmiyyəti, o cümlədən gənclər radikal müxalifətin xislətinə bələddir. Azərbaycan gəncliyinin mütləq əksəriyyəti mövcud iqtidarın siyasətini dəstəkləyir. Müxalifət düşərgəsində az sayda gənclər var ki, onlar da partiya rəhbərlərinin ailə üzvləri, qohum-əqrabalarıdır. Müxalifətçi gənclər zərərli düşüncələr və siyasi baxışlarla özləri üçün uğurlu gələcək qura bilməzlər"- deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.
yap.org.az