PDF Oxu

Siyasət

  • 11

Politoloq: ““Milli Şura”nı reanimasiyadan çıxarmaq mümkün olmayacaq”

Politoloq: ““Milli Şura”nı reanimasiyadan çıxarmaq mümkün olmayacaq”

""Milli Şura"nın böhrana düşməməsi və müxtəlif maraqları, dövlətləri təmsil edən qüvvələrin bir arada olması mümkünsüz idi". Bunu politoloq Cümşüd Nuriyev "Milli Şura"nın böhrana düşməsinin səbəblərini şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Azərbaycan müxalifəti içərisində politoloq yox dərəcəsindədir: "Onlar köhnə baqaja arxalanan bir növ siyasətbazlardır. Rüstəm İbrahimbəyov çiçəyi burnunda siyasətçi olsa belə, digərləri məcburi şəkildə diplomat olmaq istəyirlər. Ona görə də onlar baş verəcəkləri proqnozlaşdıra bilmirdilər. Bu quruma toplaşanlar "Milli Şura" ideyası ilə nəyəsə nail olmaq istəsəslər də, bu alınmadı. Çünki burda millilikdən söhbət getmirdi. Burda şura var, amma şura demokratiya yox, diktatura şurası idi. Bu necə qurumdur ki, 43 nəfərin əleyhinə 42 nəfər çıxış edir. Burada hansı birlikdən danışmaq olar? Guya bu məsələyə demokratiya donu geyindirməyə çalışdılar. Ancaq burada demokratiya yox, anarxiya var. "Milli Şura" daxilindəki anarxiyanın arxasında sırf maliyyə maraqları durur. Burada Azərbaycan dövlətinin heç bir marağı yoxdur".

Politoloqun sözlərinə görə, ayın sonuna kimi "Milli Şura"-dan əsər-əlamət qalmayacaq: "Artıq "Milli Şura" siyasi cəhətdən çat verib, parçalanıb. Çünki Müsavat partiyasının ordan çıxması ilə qurum dağılacaq. Hesab edirəm ki, üzvlərin biri-birinə siyasi qısqanclıqla yanaşdığı bir qurumdan heç nə alınmayacaq".

"Cəmil Həsənlinin heç bir dövlətçilik təcrübəsi yoxdur. İndidə onu tirajlıyırlar ki, vahid namizəd o olsun. Digər bir vahid namizədliyə irəli sürülən Gültəkin Hacıbəyli isə adi bir müəllimə olub. Deputat seçilmək siyasətçi olmaq deyil. Bütün hallarda bu tip məsələlərin olması onların siyasi cəhətdən yetkin olmadığına dəlalət edir. Siyasi cəhətdən yetkin olmayanların bir araya toplanması və hər hansı bir konsensus əldə olunması mümkünsüzdür. Ona görə də "Milli Şura" iflasa uğramış bir təşkilatdır. Bu qurum yarananda demişdik ki, ölü doğulmuş bir uşaqdır. İndi də onu reanimasiyadan çıxarmağa çalışırlar bu da mümkün olmayacaq" - deyə politoloq sözlərinə əlavə edib.

sia.az

Digər xəbərlər