PDF Oxu

Siyasət

  • 8

Jalə Əliyeva: “ “Milli Şura”da demokratik ab-havadan söhbət belə gedə bilməz”

Jalə Əliyeva: “ “Milli Şura”da demokratik ab-havadan söhbət belə gedə bilməz”

"Hesab edirəm ki, okeanın o tayında oturub "Milli Şura"dakıların ünvanına açıqlamalar vermək və iddialar irəli sürmək özlüyündə onu göstərir ki, həmin qurumda demokratik ab-havadan söhbət belə gedə bilməz". Bunu SİA-ya millət vəkili Jalə Əliyeva Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin Müsavat Partiyasının başqanı İsa Qəmbərin ünvanına söylədiyi təhqiramiz ifadələrə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, bu insanlar hələ uzun müddətdir ki, vahid namizəd məsələsində yekdil fikrə gələ bilməyiblər: "Rüstəm İbrahimbəyovun Moskvada ikili vətəndaşlıq məsələsi ortaya çıxandan sonra "Milli Şura" adlı qurum böhranla üz-üzə qaldı. Hesab edirəm ki, əgər həqiqətən də bu insanlar özlərinin iddia etdikləri kimi bir-birlərinə hörmət əsasında fəaliyyət göstərəcək, demokratik ab-hava atmosferində namizəd irəli sürəcəklərsə, o zaman kənardan gələn hansısa tapşırıq və təlimatlarla deyil, öz ürəkləri, ağılları ilə hərəkət etməlidirlər. Rəsul Quliyevin İsa Qəmbərə ünvanlanmış hədə-qorxu dolu absurd fikiləri bir daha "Milli Şura"nın qeyri-ciddiliyini ortaya qoyur".

sia.az

Digər xəbərlər