PDF Oxu

Siyasət

  • 11

Prezident İlham Əliyev: “Hər şey insanlar üçün, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır”

Prezident İlham Əliyev: “Hər şey insanlar üçün, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır”

Bu qısa məqalə çərçivəsində son günlərdə Cənab Prezident İlham Əliyevin sosial-siyasi mahiyyətli görüşlərini və çıxışlarını bəzi aspektlərdən təhlil etməyə çalışacam. Həqiqətən də Cənab Prezident öz görüş və çıxışlarında Azərbaycanın müstəqil siyasəti və vətandaşlarının rifahı üçün çox ciddi addımlar atıldığına dair fikirlər söyləmişdir.

İlkin olaraq dövlət başçımızın bəzi regionlara səfəri zamanı vətəndaşların sosial təminatlarının yaxşılaşdırlması üçün iştirak etdiyi açılışlar və bu tədbirlərdə söylədiyi fikirlər sosial-iqtisadi siyasət baxımından son dərəcə əhəmiyyət kəsb edir. Belə ki, bütun bu sosial-iqtisadi islahatlar bir daha göstərir ki, Cənab Prezident İlham Əliyev səylə xalqımızın rifahı və gələcək xoşbəxtliyi üçün durmadan tədbirlər planını həyata keçirir. Məhz bu islahat və tədbirlər həm sözdə, həm də əməli işlərdə özünü göstərir. Təsadüfi deyil ki, bu söz və əməlin dialektik vəhdətini dövlət başıçımızın bu nitqində müşahidə etmək mümkündür: "Sosial dövlət o deməkdir ki, dövlətin siyasətinin mərkəzində insan dayanır. Hər şey insanlar üçün, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır və biz bunu Zaqatala rayonunun timsalında da görürük. Əvvəlki dövrlərdə buraya böyük investisiyalar qoyulmuşdur. Olimpiya Kompleksi, stadion, diaqnostika mərkəzi, digər layihələr. Bu gün Heydər Əliyev Mərkəzinin tikintisi ilə tanış oluram. Uşaq bağçası və nəhayət, içməli su layihəsi də icra edilir".

Cənab Prezidentin vurğuladığı sosial dövlət anlayışı çox ciddi mövzulardan biri olaraq qəbul olunur. Məhz dövlət başçımızın bu istiqamətdə atdığı addımlar və islahatlar da onun bu anlayışı dərindən bildiyin göstərməkdədir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev beynəlxalq münasibətlər üzrə dərs demis biri olaraq məsələnin nəzəri tərəfini əyani şəkildə Azərbaycanda tətbiq edərək uğurlar qazanılmasına gətirib çıxarır. Bu mənada Cənab Prezidentin sosial dövlət anlayışını daima vurğulaması Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox önəmlidir.

Cənab Prezidentin son çıxışlarında və həyata keçirdiyi islahatlarda sosial-iqtisadi siyasətlə bərabər tarixi yaddaşın da funksional olduğunu vurğulaması ayrıca ciddi tədqiqatların mövzusudur. Belə ki, dövlət başçımız dəfələrlə müasirlik ilə klassik irsimizin vəhdətinin vacib olduğunu bildirərək sosial-iqtisadi islahatlarla bunların dəstəklənməsini hər zaman prioritet hesab etmişdir. Təsadüfi deyil ki, aparılan islahatlara da nəzər yetirdikdə bunları əyani şəkildə görə bilirik. Məhz Cənab Prezident tarixi rakursdan sosial-iqtisadi inkişaf üçün məsələni belə qiymətləndirir: " Eyni zamanda, hər bir şəhər inkişaf etməlidir. Tarixi qorumaqla müasir şərait yaratmalıyıq və yaradırıq. Bakıda da belədir. Burada da belədir. Azərbaycanda bir çox şəhərlər var ki, orada çox zəngin tarixi irs və mədəniyyət vardır. Zaqatala da onların arasındadır. Ona görə də, bax, bu ətrafda yerləşən binaların qədim tarixi vardır.

Müstəqilliyimiz əbədidir

Məlum olduğu kimi, bu ifadə Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Belə ki, Cənab Prezident İlham Əliyevin də haqlı olaraq vurğuladığı kimi müstəqilliksiz social-iqtisadi inkişaf mümkün deyildir. Bu mənada müstəqillik bütün sahələrin inkişafının qarantiyasıdır. Müstəqillik ilə sosial-iqtisadi inkişaf arasında sintezvari əlaqə mövcuddur. Məhz inkişaf etmiş dövlətlərin tarixinə də baxdıqda, belə ənənənin mövcud olduğunu görürük. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev yüksək analitik qabiliyyəti ilə məsələni belə izah edir: "Biz öz tariximizi bilirik, bilməliyik. Gənclər də bilməlidir. İndi isə yeni tarix yazılır - müstəqillik tarixi. Bu, xalqımızın həyatında bütün dövrlərdə ən şanlı tarixdir. Əsrlər boyu heç vaxt Azərbaycan xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan dövləti möhkəm olmamışdır. Bu müstəqillik əsil müstəqillikdir. Keçən əsrin əvvəllərində iki il Azərbaycan müstəqil ölkə kimi yaşadı. Ancaq biz hamımız bilirik ki, o müstəqillik tam deyildi və ona görə müstəqilliyin ömrü uzun olmadı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan əvvəlki dövrlərdə də, tariximizdə müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur. Onlar bizim üçün çox vacibdir. Amma bu qədər azad və müstəqil Azərbaycan heç vaxt olmamışdır. Bunu bilməliyik - biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik. Hər bir şəhərin inkişafı, hər bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik binamıza möhkəm bir daş, möhkəm bir təməldir. Bu layihələr, əlbəttə ki, ancaq müstəqil Azərbaycanda reallaşa bilərdi. Çünki müstəqil Azərbaycan Azərbaycan xalqının dövlətidir və müstəqil Azərbaycanın siyasəti də insan amilinə hesablanıbdır. İnsan hər şeydən üstündür. Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, rahat yaşaması, rifahı ön plandadır".

Bu kontekstdə qeyd etməliyəm ki, avqustun 16-da Qəbələdə Heydər Əliyev Konqres Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısında Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlər aktuallıq kəsb edir. Belə ki, dövlət başçımız iqtisadi sahədə gözəl əməkdaşlıq aparıldığını, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda ölkələrimizin daim bir-birinə dəstək olduğunu vurğulaması Azərbaycanın real inkişafından xəbər verir. Məhz türkdilli dövlətlər arasında belə əməkdaşlığın inkişaf etdirilməsi hər bir ölkəyə olduğu kimi Azərbaycanda da sosial-iqtisadi rifah üçün vacib amillərdəndir. Bu mənada dövlət başçımızın aşağıda verəcəyimiz fikirləri hər bir türkdilli ölkə üçün vacib prinsipləri təşkil edir: "Bu gün biz öz işimizi bir neçə əsas istiqamət üzrə aparacağıq. Bir neçə vacib məsələ müzakirə ediləcəkdir. Əlbəttə ki, ölkələrimizin uğurlu inkişafı üçün əsas məsələ regional təhlükəsizlik məsələləridir. Ölkələrimiz regional təhlükəsizlik məsələlərinə öz töhfəsini verirlər. Bu, çox vacib məsələdir. Çünki bizim xalqlarımız sülh, əmin-amanlıq, sabitlik şəraitində yaşayırlar. Biz elə etməliyik ki, yaşadığımız bölgədə sülh, əmin-amanlıq daim təmin edilsin."

Nəticədə, Cənab Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikirləri, xüsuslə sosial dövlət anlayışına istinad edən islahatların həyata keçirilməsi, sosial-iqtisadi inkişafımız üçün çox ciddi addımlardır. Bütün bu səylər, təşəbbüslər və praktiki nəticələr Azərbaycanın müstəqil dövlət olması, həyata keçirilən müstəqil siyasətin nəticəsindədir. Məhz Cənab Prezident İlham Əliyevin "qızıl onillik" adlandırılan hakimiyyət dövrü belə müstəqil siyasətə əsaslanan sosial-iqtisadi islahatlarla zəngindir.

Rəşad İlyasov,

fəlsəfə doktoru

Digər xəbərlər