PDF Oxu

Siyasət

  • 12

Sərraf Balaxan: “Rəsul Quliyev hələ də absurd fikirlərdən əl çəkməyib”

Sərraf Balaxan: “Rəsul Quliyev hələ də absurd fikirlərdən əl çəkməyib”

"Rəsul Quliyev xalq tərəfindən heç bir rəğbətə layiq olmayan və etimad göstərilməyən insanlardan biridir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxan bildirib.Onun sözlərinə görə, müxalifət bəh-bəhlə yaradılmış və böyük ümidlər bəslədiyi Milli Şuranın fəaliyyətini hər yerdə uğurla vurğulayırdı: "Onların vahid namizəd dedikləri şəxs - Rüstəm İbrahimbəyov onları aldadaraq həqiqətən də böyük oyunun içərisinə saldı. Rəsul Quliyev isə okeanın o tayından deyir ki, "Milli Şura" həqiqətən də şər yuvasıdır və burada insanlar öz siyasi ehtiraslarını həyata keçirməyə, siyasi maraqlarını ifadə etməyə çalışırlar. Rəsul Quliyev 20 ilə yaxındır ki, ölkə xaricindədir. O, ölkədə baş verən siyasi proseslərlə nə qədər dərindən maraqlansa da, xalq tərəfindən heç bir rəğbətə layiq olmayan və etimad göstərilməyən insanlardan biridir. Hazırda Azərbaycanda dövlət səviyyəsində baş vermiş bir çox cinayətlərdə onun əlinin olması ittihamları var. Ona görə də ölkəyə qayıtmaqdan çəkinir. Bütün bunlara cavab vermək əvəzinə, Rəsul Quliyevin prezident seçkilərində "Milli Şura"nın vahid namizədi olması iddiasıyla çıxış etməsi, həqiqətən də o insanın absurd fikirlərdən əl çəkmədiyini göstərir".

sia.az

Digər xəbərlər