Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ikinci dəfə ölkəmizə qayıdışı zaman Azərbaycanda çox acınacaqlı bir şərait höküm sürürdü. Bir tərəfdən mənfur düşmənlərimizin torpaqlarımıza təcavüzü, digər bir tərəfdən o zamankı siyasi elitanın kürsü davası və qardaş qırğını təhlükəsi ölkəni uçruma yuvarlayırdı. Belə bir şəraitdə Ulu Öndərimizin hakimiyyətə gəlişindən sonra qısa bir zaman ərzində ölkədə sabitlik bərpa edildi,erməni işğalçıları ilə aparılan qanlı döyüşlərdə müəyyən istiqamətlərdə uğurlar qazanıldı. Bir hücümla onlarla yaşayış məntəqəsi azad edildi və atəşkəz imzalandı. Dövlətimiz dünya arenasında tanınmağa başladı.Əsrin neft kontraktı imzalandı. Beləliklə, uzun və həmçinin məsuliyyətli dövrə keçid başladı.
Hər bir sahədə inkişaf olduğu kimi gənclər sahəsində də böyük işlər görüldü. Ulu öndərimiz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi baxırdı. Bu məqsədlə Ulu Öndərin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda o zaman Azərbaycan Respublikasının Prezidenti olan Ulu öndərimiz Heydər Əliyev şəxsən iştirak edirdi. Ulu öndərimiz Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən tədbirdə gənclərə müraciətində bildirirdi: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik."
Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, gənclərin hamisi cənab Prezidentimiz İlham Əliyev bu gün bütün sahələrdə Ulu öndərimizin siyasətinə sadiq qalır. Həyata keçirdiyi hər siyasətində, atdığı hər bir addımında xalqını düşünür. Bu gün Azərbaycan cənab Prezidentimizin uğurlu siyasəti nəticəsində sürətlə inkişaf edir.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalandı. Proqramda gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin görülməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edildi. Bu isə dövlətimizin gənclərə göstərdiyi diqqətin bariz nümunəsi idi. Gəncələrimizin təhsilli olmasini daima diqqət mərkəzində saxlayan Prezidentimiz "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"-nı imzalamaqla Azərbaycan gənclərinin dövlət hesabına dünayanın ən yaxşı ali təhsil məktəblərində oxumalarına şərait yaratmış oldu və hal-hazırda bu proqramın icrası uğurla davam etdirilir.
Dövlət başçısının müxtəlif zamanlarda gənclərlə görüşməsi onların arzu və istəklərini, təkliflərini şəxsən dinləməsi hər Azərbaycan gəncində böyük sevinc və qürür hissi yaradır. "2011-2015-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramının" cənab Prezidentimiz tərəfindən qəbul edilməsi gənclərə görüşlərinin, onların arzu və istəklərinə önəm verilməsinin məntiqi nəticəsi idi. Bu Dövlət Proqramında da əsas istiqamətlərdən biri gənclərin məşğulluq və sosial-məişət qayğılarının həlli ilə bağlıdır.
Prezident İlham Əliyev gənclərlə görüşündə xüsusi olaraq qeyd etmişdir: "Mən belə hesab edirəm ki, gənclər irəliyə daha inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. Çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir".
Prezidentimizin gənclərin informasiya texnologiyalarından yaxşı istifadə etmələri, bu sahədə bilik və bacarıqların daha da genişlənməsi üçün yeni universitetin yaradılması haqqında Sərəncam verməsi, Prezident yanında Gənclər Fondunun yaradılması və bu fondun dəstəyi ilə istedadlı gənclərin üzə çıxarılması, gənclərimizin xarici ölkələrdə təhsil alması üçün dövlət dəstəyinin göstərilməsi gənclər siyasətinin ölkəmizdə uğurla həyata keçirilməsinə misaldır. Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük imkanlar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmaqdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul edir. Biz gənclər harada olmağımızdan asılı olmayaraq dövlətimizin mənafeyini,suverenliyinin,müstəqilliyinin qorunması və ərazi bütövlüyümüzün bərpası üçün çalışmalıyıq. Son dövrlərdə ölkəmizin mövcud sabitliyini pozmağa çalışan anti-milli ünsürlər fəaliyyətlərini ölkəmizin maraqlarına qarşı artırıblar. Biz gənclər bü cür qüvvələrə yox deyərək bundan sonra da həmin qüvvələrə qarşı keçilməz bir sipər olacağıq.
Dövlətin Gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bölgələrimizdə İdman Olimpiya Kompleksləri ,Şahmat məktəbləri , yeni məktəb binaları ,kitabxanalar və ən müasir göstəricilərə uyğun Gənclər evi tikilib istifadəyə verilir.
Mənim yaşadığım Horadiz şəhəri mənfur düşmənlərimizlə təmas xətdində olmasına baxmayaraq Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə günü-gündən gözəlləşir, inkişaf edir. 2012-ci ilin dekabr ayında ölkə başçısının Füzuli rayonuna səfər etməsi rayonumuzda bir neçə mühüm obyeklərin açılışı ilə yadda qaldı. Füzuli Su Elektrik stansiyasının açılışı zamanı rayon ictimaəti ilə görüşən cənab prezidentimiz xüsusilə qeyd etmişdir ki: "Bu gün sizinlə bərabər olmaq mənim üçün çox xoşdur. Dördüncü dəfədir ki, Prezident kimi Füzuli rayonuna səfər edirəm. Bu dəfə gözəl obyektlərin açılışında iştirak etmişəm. Onların içində əlbəttə ki, ən böyük obyekt Füzuli Su Elektrik Stansiyasıdır. Dörd il bundan əvvəl sizinlə bərabər bu stansiyanın təməl daşını qoyduq. Çox şadam ki, artıq stansiya istifadəyə verilmişdir. Stansiyanın əhəmiyyəti ondan ibarətdir ki, bu, su elektrik stansiyasıdır. Burada istehsal olunan enerjinin qiyməti də aşağıdır. Eyni zamanda, bu stansiya vaxtilə işğal edilmiş ərazidə yaradılmışdır. Bu da stansiyanın əhəmiyyətini böyük dərəcədə artırır. Erməni işğalçı qüvvələri Füzuli rayonunu işğal etmişlər. Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu rayonun bir hissəsini işğalçılardan azad etmişdir. Artıq bu ərazilərdə böyük quruculuq-abadlıq işləri aparılır, evlər tikilir, binalar bərpa edilir, sənaye müəssisələri yaradılır. Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ qabaqdadır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm və buna şübhə etmirəm".
Bəli, cənab Prezident o gün uzaqda deyil!
Biz hamımız əminik ki, gün gələcək torpaqlarımız düşmən işğalından azad olunacaqdır. Azərbaycan gəncləri Ali Baş Komandanın əmrini gözləyir. Əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa Prezidentimizin bir çağırışı və rəhbərliyi ilə biz gənclər Qarabağımızı düşməndən azad etməyə qadirik.
Ölkə başçımız gördüyü bütün işləri ilə bizlər üçün bir nümunədir. Ən böyük azərbaycanlı kimi Vətənini, xalqını sevmək nümunəsi. O, öz fəaliyyəti ilə bizə Vətənə sədaqətli olmağı, onun yolunda qəhrəmanlığa və fədakarlığa hər an hazır olmağı öyrədir. Biz gənclər Prezidentimizlə fəxr edir, daim ona arxalanırıq və oktyabr ayının 9-da keçiriləcək prezident seçkisində birmənalı olaraq, xalqın etimadını qazanan, ölkəmizin uğurlarına imza atan alternativsiz namizədimiz İlham Əliyevə səs verəcəyik!
Tural Nəbiyev
YAP Füzuli rayon təşkilatı Gənclər Bilriyinin sədri
yap.org.az