"Azərbaycanda son 10 ildə gedən modernləşmə və Azərbaycan xalqının rifahının yüksəlməsi dindarlarımıza da təsir edib". Bu fikri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
E.İskəndərov bildirib ki, bu təbəqə də cəmiyyətin bir hissəsidir, onları ayırmaq, marginallaşdırmaq qəbulolunmazdır. Qarşıdan gələn prezident seçkilərində dini qurum və təsisatların rolunu dəyərləndirən E. İskəndərov deyib ki, Azərbaycan dünyəvi dövlətdir.
"Dini qurumların siyasi oyunlarda istifadə edilməsi həm etik, eyni zamanda qanuni baxımdan düzgün deyil. Digər tərəfdən, dini icmaların üzvləri də Azərbaycan vətəndaşlarıdır. Onlar seçki günü səsvermə prosesində öz mövqelərini ifadə edəcəklər"- deyə, komitə sədri qeyd edib.
yap.org.az