"Azərbaycan iqtisadi inkişaf baxımından dünya dövlətləri üçün nümunədir". Bu fikri YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, Azərbaycan vaxtilə borcalan ölkə olsa da, hazırda borcverən ölkəyə çevrilib. Onun sözlərinə görə, bir sıra ölkələrin iqtisadiyyatına qoyulan sərmayələr, verilən kreditlər bunu sübut edir.
"Artıq ölkəmiz Avropa məkanına investisiya yatırmaq imkanına malikdir. Bir sıra dövlətlərdə bu proses həyata keçirilir. Hesab edirəm ki, bu yöndə aparılan siyasət gələcəkdə də davam edəcək"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
yap.org.az