PDF Oxu

Siyasət

  • 11

Sədaqət Vəliyeva: Vətəndaşların rifah halının yüksəldilməsi dövlətin prioritetidir

Sədaqət Vəliyeva: Vətəndaşların rifah halının yüksəldilməsi dövlətin prioritetidir

"Azərbaycanda sosial dövlət quruculuğu prosesi gedir və insanların yüksək səviyyəli həyat şəraiti ilə təmin edilməsi dövlətin əsas siyasətidir". Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, vətəndaşların rifah halının yüksəldilməsi dövlətin prioritetidir. Onun fikrincə, Prezident İlham Əliyev tərəfindən əmək haqlarının artırılması məhz sözügedən prioritetin reallaşdırılmasından xəbər verir.

"Nəzərə almaq lazımdır ki, bu gün dünyanın bir çox ölkələri maliyyə-iqtisadi böhran üzündən insanların maaş və pensiyalarını, təqaüdlərini ya azaldır, ya iş yerlərini ixtisara salır, ya da sosial güzəştləri aradan qaldırır. Amma sevindirici haldır ki, Azərbaycan bütün bu cür mənfi tendensiyalardan kənardır və dövlət insanların yaşayış səviyyəsini yüksəltmək üçün əməli tədbirləri davamlı şəkildə həyata keçirir. Düşünürəm ki, bu fakt bir daha Azərbaycanın sosial dövlət kimi nüfuzunu, inkişaf səviyyəsini və məsuliyyətini nümayiş etdirir" – deyə S.Vəliyeva qeyd edib.

yap.org.az

Digər xəbərlər