PDF Oxu

Siyasət

  • 14

Niyaməddin Orduxanlı: “Rüstəm İbrahimbəyovun sənədlərinin MSK-ya təqdim edilməsi bu quruma qarşı hörmətsizlikdir”

Niyaməddin Orduxanlı: “Rüstəm İbrahimbəyovun sənədlərinin MSK-ya təqdim edilməsi bu quruma qarşı hörmətsizlikdir”

"İnanıram ki, Mərkəzi Seçki Komissiyası bütün qanunverciliyə uyğun olaraq Rüstəm İbrahimbəyovun təqdim olunan sənədlərinə baxacaq". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovu indiki vəziyyətdə prezidentliyə namizəd kimi qeydə almaq mümkün deyil: "Bunu özləri də yaxşı bilir. Belə vəziyyətdə Rüstəm İbrahimbəyovun sənədlərini MSK-ya təqdim etmək, ən azından orada olan şəxslərə hörmətsizlikdir. Əgər Azərbaycan Respublikasının Konstitusiyasında ikili vətəndaşlığı olan şəxsin prezdentliyə namizədliyinin irəli sürülməsinə imkan verilmirsə, MSK nə etməlidir ki? Qanunu pozmalıdır?"N.Orduxanlı vurğulayıb ki, Rüstəm ibrahimbəyov "Milli Şura"da olan insanları ələ salmaqla məşğuldur.

sia.az

Digər xəbərlər