PDF Oxu

Siyasət

  • 11

Məzahir Pənahov: “Beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq seçkilərin demokratik və şəffaf keçirilməsində mühüm rol oynayacaq”

Məzahir Pənahov: “Beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq seçkilərin demokratik və şəffaf keçirilməsində mühüm rol oynayacaq”

"Azərbaycanın beynəlxalq qurumlarla uğurlu əməkdaşlığı seçkilərin demokratik, şəffaf keçirilməsində mühüm rol oynayacaq". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən sessiyadakı çıxışı zamanı deyib.

MSK sədrinin sözlərinə görə, Azərbaycan mühüm seçki kampaniyası ərəfəsindədir və bu, beynəlxalq qurumların da geniş maraq dairəsindədir: "Azərbaycanda demokratik, ədalətli, azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur. Ölkədə ictimai-siyasi sabitlik hökm sürür, ən əsası ölkə başçısının özünün demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi mövcuddur. Ölkə başçısına da təşəkkür edirəm ki, seçkilərin keçirilməsi üçün bütün şəraiti təmin edib, çünki bu olmadığı təqdirdə demokratik seçkilərin keçirilməsi mümkün olmazdı".

MSK sədri vurğulayıb ki, məntəqələrdə seçkilərin müşahidəçilər tərəfindən izlənilməsi baxımından Azərbaycanda keçirilən seçkilər dünyada ən qabaqcıl yerlərdədir: "Seçkilər prosesini indiyə qədərki keçən seçkilərdə 10 minlərlə müşahidəçilər izləyib, bu seçkilərdə də xeyli sayda müşahidəçilərin izləməsi gözlənilir və onlar seçkiləri izləmək üçün heç kimdən icazə almağa borclu deyillər".

sia.az

Digər xəbərlər