"Avqustun 26-da 30 nəfərlik uzunmüddətli müşahidə aparan, 180 nəfər qısamüddətli müşahidə aparan şəxslər Bakıya gələcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay bildirib.Onun sözlərinə görə, həmçinin 26 avqustdan etibarən 50-55 nəfərin fəaliyyət göstərəcəyi yardımçı ofisi fəaliyyətə başlayacaq: "ATƏT-in Bakı Ofisi birbaşa seçkilərlə bağlı fəaliyyət göstərmir, bu səbəbdən yardımçı ofis yaradılacaq".
sia.az