"Azərbaycan artıq seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübə qazanıb. İstər Mərkəzi Seçki Komissiyası və onun qurumları, istər dövlət orqanları, icra strukturları bu sahədə artıq kifayət qədər yerl və beynəlxalq təcrübəyə malikdirlər". SİA-nın məlumatına görə, bu fikirləri "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" adlı tədbirdə Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.Onun sözlərinə görə, Azərbaycan hazırda çox mühüm siyasi proseslər mərhələsinə qədəm qoyub: "Prezident seçkiləri növbəti beş ildə Azərbaycandakı inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirmək üçün özünün mövqeyini və iradəsini ifadə etmək və qərar vermək şansı yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi həyatında da çox mühüm bir hadisədir. İndiyə qədər Azərbaycanda keçirilən seçkilər prosesində qazanılmış təcrübə və sərişdə, bu prosesə cəlb olunmuş insanların peşəkarlığı imkan verəcək ki, qarşıdan gələn prezident seçkilərini də lazımi səviyyədə keçirək".PA rəsmisi seçki mühitindən də danışıb: "Ölkədə bunun üçün yaradılan şərait, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətinin siyasi iradəsi və bu sahədə gördüyü zəruri tədbirlər də imkan verir ki, ölkəmizdə növbəti prezident seçkilərini azad, demokratik, şəffaf şəkildə, istər milli qanunvericiliyə, istərsə də beynəlxalq standartlara uyğun şəkildə, mütəşəkkil surətdə həyata keçirək. Azərbaycan bu sahədə beynəxalq təşkilatlar ilə də yaxından əməkdaşlıq edir. Xüsusuilə, ATƏT ilə həyata keçirilən seminarlar və tədbirlər seçkilərin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verir. Seçkilər bu qurumlardan məsuliyyət tələb edir və onların qarşısına vəzifələr qoyur. Biz müstəqillik illərində seçki sahəsində kifayət qədər təcrübələr qazanmışıq. İstər MSK, istərsə də yerli icra strukturları bu sahədə kifayət qədər yerli və beynəlxalq təcrübəyə bələddir. Digər tərəfdən ölkədə bunun üçün yaradılmış şərait, Azərbaycan hakimiyyətinin siyasi iradəsi əsas verir ki, tam şəffaf, demokratik və beynəlxalq normalara uyğun seçkilər keçirək. Bu məsələdə icra strukturlarının fəaliyyəti, dairə seçki komissiyaları ilə, o cümlədən digər dövlət orqanları ilə əlaqəsi bizə imkan verəcək ki, növbəti prezident seçkilərində də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək".
sia.az