Prezident İlham Əliyevin Sərəncamı ilə mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqları artırıldı
Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılması qərar alınır. Nazirlər Kabinetinı bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır. Ölkə Prezidenti bundan başqa, respublikanın sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə də Sərəncam imzalayıb. Sərəncama görə, fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2 dəfə artırılaraq "Xalq" fəxri adı üçün 100 (yüz) manat, "Əməkdar" fəxri adı üçün 60 (altmış) manat müəyyən edilməsi qərar alınıb. Həmçinin Sərəncamda "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının 1-ci hissəsində "250 min manat" və "150 min manat" sözləri müvafiq olaraq "100 manat" və "60 manat" sözləri ilə əvəz edilməsi qeyd olunur. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.