ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi 2 aralıq hesabat qəbul edəcək. /Trend/
Məlumatda həmçinin deyilir ki, ATƏT/DTİHB-ın iyun ayında Azərbaycana göndərdiyi Ehtiyacların Qiymətləndirilməsi Missiyasının ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı qəbul etdiyi hesabatındakı rəylər də aralıq hesabatlarda öz əksini tapacaq.
Qeyd edək ki, ATƏT/DTİHB-in uzunmüddətli missiyasının müşahidəçiləri artıq Bakıdadırlar.
yap.org.az