Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi Rayon Məclisinin deputatları məclisin sədri Nuqzar Eradzeyə etimadsızlıq göstərərək onu vəzifəsindən kənarlaşdırıblar. SİA-nın məlumatına görə, Məclisin növbədənkənar iclasında 22 deputatdan 13 nəfəri iştirak edib və onlar sədrin əleyhinə səs veriblər. Yığıncaq iştirakçılarının fikrincə rayon məclisinin sədri, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir.
Qeyd edək ki, bir neçə gün öncə Bolnisi Rayon İcra Hakimiyyətinin başçısı da həmin səbəbdən vəzifəsindən kənarlaşdırılıb.
sia.az