PDF Oxu

Siyasət

  • 9

Azərbaycan nümayəndə heyəti Belçikaya səfər edəcək

Azərbaycan nümayəndə heyəti Belçikaya səfər edəcək

Avqustun 29-da İqtisadi İnkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Belçikaya səfər edəcək. Nazirliyin mətbuzt xidmətindən SİA-ya daxil olan məlumata görə, səfər zamanı nümayəndə heyəti Avropa Komissiyasının vitse-prezidenti və nəqliyyat məsələləri üzrə komissarı Slim Kallas və Avropa qonşuluq və genişlənmə üzrə komissarı Ştefan Füle, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Molterer ilə görüşəcək.

Görüşlərdə Azərbaycanla Avropa İttifaqı və Avropa İnvestisiya Bankı arasında əlaqələr və birgə layihələrə dair müzakirələr aparılacaq.

sia.az

Digər xəbərlər