PDF Oxu

Siyasət

  • 12

Bakıda “Gənclərin məşğulluğu və həmkarlar ittifaqlarına cəlbi” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Gənclərin məşğulluğu və həmkarlar ittifaqlarına cəlbi” mövzusunda beynəlxalq konfrans keçirilir

Avqustun 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə "Gənclərin məşğulluğu və həmkarlar ittifaqlarına cəlbi" mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.

İki gün davam edəcək konfransda PARŞ-ın icraçı katibi Qriqor Qradyev ilə yanaşı, Belçika, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Qırğız respublikası, Moldova, Gürcüstan və digər ölkələrdə fəaliyyət göstərən milli həmkarlar ittifaqlarının gənc liderləri iştirak edirlər.

Tədbirdə çıxış edənlər konfransın əhəmiyyətini vurğulamış, dünyada gənclərin məşğulluq səviyyəsi haqqında məlumat vermişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını nəzərə çatdıran natiqlər ölkəmizdə yeni iş yerlərinin açıldığını, "Gənclər siyasəti haqqında" Qanunun qəbul edildiyini və gənclərlə bağlı Milli Fəaliyyət Planının həyata keçirildiyini vurğulamışlar. Qeyd edilmişdir ki, Azərbaycan gəncləri məşğulluq şəbəkəsinə daxil olan qabaqcıl ölkələrin sırasındadır. Məşğulluğun dəstəklənməsi üzrə Milli Fəaliyyət Planında gənclər arasında işsizliyin azaldılması, onların fəaliyyətinin dəstəklənməsi və peşəyönümlü təlimlərin keçirilməsi əsas prioritet təşkil edir.

yap.org.az

Digər xəbərlər