PDF Oxu

Siyasət

  • 6

Bir sıra ölkələrin sabiq prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakıda keçiriləcək müzakirələrdə iştirak edəcəklər

Bir sıra ölkələrin sabiq prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakıda keçiriləcək müzakirələrdə iştirak edəcəklər

Sentyabrın 4-dən 6-dək Bakıda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı ilə yüksək səviyyədə toplantı keçiriləcəkdir.

DİDK-nın mətbuat xidmətindən bildirmişlər ki, toplantı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr də təşkil olunacaqdır. Müzakirələrdə Latviyanın, Finlandiyanın, Şri-Lankanın sabiq prezidentləri Vayra Vike-Frayberqa, Tarya Halonen və Çandrika Kumaratunqa iştirak edəcəklər.

Vayra Vike-Frayberqa və Tarya Halonen dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini vurğulamış və ATƏT-in Minsk qrupunun indiyədək heç bir nəticə verməyən fəaliyyətini tənqid etmişlər.

Silsilə xarakter daşıması nəzərdə tutulan bu müzakirələr Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi dövrdə ilk dəfə həyata keçirilən bir təşəbbüsdür.

yap.org.az

Digər xəbərlər