PDF Oxu

Siyasət

  • 7

BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCANDA KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNİ İZLƏYƏCƏK

BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCANDA KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNİ İZLƏYƏCƏK

Bildiyimizə görə, 2013-cü il oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Qeyd edək ki, müstəqillik dövründən bu yana, sayca 7-ci prezident seçkiləridir. Hər il olduğu kimi, beynəlxalq təşkilatların nümayəndələri tərəfindən Azərbaycanda keçirilən prezident seçkiləri müşahidə edilir. Belə ki, Azərbaycanda prezident seçkiləri zamanı MDB-dən olan müşahidəçilərin uzunmüddətli missiyasından olan ilk müşahidəçiləri sentyabrın ortasında ölkəyə gələcəyi bildirilir. Bununla yanaşı, MDB-nin Bakıda missiyasının işi üçün Azərbaycan prezident seçkilərində MDB missiyasının qərargahının açılması planlaşdırır. Nəzərinizə çatdıraq ki, missiya qərargahının rəhbəri Yevgeni Sloboda olacaq.

Bundan əlavə, Avropa İttifaqı da Azərbaycandakı seçkiləri müşahidəçi kimi izləyəcəyini bildirib. Aİ-nin Bakı ofisindən verilən məlumata görə, gözlənilən prezident seçkiləri Azərbaycanda demokratik inkişaf üçün, əsas sahələrdən olan seçkilər sahəsində beynəlxalq öhdəlikləri yerinə yetirməsi prizmasından əldə etdiyi irəliləyişi nümayiş etdirəcək.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun nümayəndələri Azərbaycana seçkilərin gedişatını izləməyə də gələcəklərini bildirdilər. Bundan əlavə, ATƏT-in Bakı ofisindən də əldə etdiyimiz məlumatda qeyd edilir ki, ATƏT-in Minsk Qrupu Azərbaycana, Azərbaycanda keçiriləcək prezident seçkilərinin izlənilməsi üçün, 30 uzunmüddətli, 180 qısamüddətli müşahidəçi göndərəcəyi bildirilib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia Azərbaycan höküməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün seçki müşahidə missiyasının gəlməsinə dair razılığı alqışlayır. Qeyd edək ki, Avropa İttifaqı Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bakıya 32 nəfərdən ibarət nümayəndə heyətini oktyabrın 7-dən 10-a kimi Bakıya göndərəcəyini bildirib.

AŞPA seçkiqabağı vəziyyətin monitorinqini keçirmək üçün sentyabrın 10-dan 13-nə kimi 7 nəfərdən ibarət digər bir nümayəndə heyətinin Bakıda olacağını da vurğulayıb. Sözügedən nümayəndə heyətinin sentyabrın 13-də mətbuat konfransının keçirəcəyi planlaşdırılır və AŞPA seçkiləri müşahidə etdikdən sonra yekun hesabat qəbul edəcəyini də bildirib.

Ülkər Musazadə

Digər xəbərlər