Tarixdə xüsusilə 19-cu əsrdə ictimai sferanın inkişafı ilə cəmiyyəti istiqamətləndirəcək siyasi və ideoloji ifadələrin meydana çıxdığını müşahidə edirik. Məhz soyuq müharibə adlanan dövürdə ABŞ və SSRİ-nin yer aldığı iki qütblü dünyada da ictimai rəylər formalaşdırılmış və reaksiyalar verilmişdir. Halbuki müasir dünyada çox qütblü tendensiyalarla rastlaşırıq. Ancaq yenə də yeni bir konsepsiya olan ictimai mühəndislik məfhumu cəmiyyətlərin həyatı və inkişafında mühüm yer tutur. Məhz sosial və ya ictimai sferanın istiqamətləndirlməsi nəticəsində informasiya vasitələrindən istifadə etməklə də ciddi inkişaf tendensiyaları yaranmaqdadır. Müasir fəlsəfə, sosiologiya və sosial sferaya aid olan bütün sahələrdə ictimai mühəndislik faktoru çox əhəmiyyət kəsb edir.
Bu kontekstdə Cənab Prezident İlham Əliyevin qızıl onillik adlandırılan hakimiyyəti dövrünə nəzər yetirdikdə ciddi şəkildə onun Azərbaycanda ictimai mühəndilsik proqramını həyata keçirdiyinə şahid oluruq. Mən bu qısa məqalə çərçivəsində bu mövzu ilə əlaqədar olaraq bəzi əsaslı məqamlara toxunacağam. Qeyd etməliyəm ki, bu, daha geniş şəkildə monoqrafiya və elmi tədqiqatların mövzusudur.
Təsadüfi deyil ki, Cənab Prezident müxtəlif çıxışlarında Azərbaycanda həyata keçirilən quruculuq işlərinin və inkişafın bəzi əsasları haqqında izahlar vermişdir. Belə ki, dövlət başçımız iqtisadiyyatda şaxələndirlmiş iqtisadiyyat strategiyasını, sosial sferada isə ədalətli bölgü prinsipini tətbiq etməkdədir. Həqiqətən də bu qızıl onillik adlandırılan dövrə nəzər saldıqda, bu iki prinsipə sadiq qalınaraq, inkişaf tempinin sürətlə getdiyinə şahid oluruq. Məhz neft-qaz sektorunun şaxələndirilmiş prinsipə müvafiq olaraq həyata keçirilməsi, neft-qazdan gələn gəlirlərin iqtisadiyyatın bütün sahələrində şaxələndirilmiş şəkildə investisya olaraq tətbiq olunması və nəticədə bütün bunların Cənab Prezident İlham Əliyevin ifadəsi ilə desək -"biz neft gəlirlərini insan kapitalına çevirməliyik" ifadəsi ilə uyğunluq təşkil edir. Bu mənada iqtisadiyyatda şaxələndirmə prinsipi sosial sahədə özünü ədalətli və insan kapitalını pioritet təşkil edəcək şəkildə göstərməsi Azərbaycanda həyata keçirilən ictimai mühəndisliyin əyani sübutlarındadır.
Bu ictimai mühəndilsik konsepsiyası, əlbəttə, Ümummilli Lider Heydər Əliyevin bizlərə irs olaraq qoyub getdiyi siyasi kurs nəticəsində həyata keçirilir. Məhz qızıl onillik adlandırlan bu dövrdə layiqli davamçı Cənab İlham Əliyev bu siyasi-iqtisadi kursa sadiq qalaraq icraatlar həyata keçirmişdir. Bu fəaliyyətlər nəticəsində Azərbaycan qlobal arenada öz yerini tutmuş və regionda ən güclü dövlət statusunu almışdır. Bunu son illərdə Azərbaycanda keçirlən tədbirlər və sosioloji sorğular da təsdiqləyir.
Ümumiyyətlə, Cənab Prezident İlham Əliyevin ifadələri və əməli işləri Onun sosial ədalət anlayışına istinad edərək Azərbaycan cəmiyyətində yüksək səviyyədə ictimai mühəndislik fəaliyyətini həyata keçirdiyinin şahidi oluruq. Bu ictimai mühəndislik konsepsiyası sosial dövlət quruculuğunun əsas sütununu təşkil edir. Məhz dövlət başçımızın dəfələrlə vurğuldığı- "Bizim əsas milli ideyamız müstəqilliyimizdir" və Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi- "Müstəqilliyimiz əbədidir" ifadələri də bu kontekstdə başa düşülməlidir. Bu mənada Cənab Prezidentin sosial dövlət anlayışını daima vurğulaması Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox önəmlidir.
Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev ən son çıxışlarının birində tarixi rakursdan ictimai mühəndislik deyə ifadə edilən proqramını belə qiymətləndirir: "Biz öz tariximizi bilirik, bilməliyik. Gənclər də bilməlidir. İndi isə yeni tarix yazılır - müstəqillik tarixi. Bu, xalqımızın həyatında bütün dövrlərdə ən şanlı tarixdir. Əsrlər boyu heç vaxt Azərbaycan xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan dövləti möhkəm olmamışdır. Bu müstəqillik əsl müstəqillikdir. Keçən əsrin əvvəllərində iki il Azərbaycan müstəqil ölkə kimi yaşadı. Ancaq biz hamımız bilirik ki, o müstəqillik tam deyildi və ona görə müstəqilliyin ömrü uzun olmadı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan əvvəlki dövrlərdə də, tariximizdə müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur. Onlar bizim üçün çox vacibdir. Amma bu qədər azad və müstəqil Azərbaycan heç vaxt olmamışdır. Bunu bilməliyik - biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik. Hər bir şəhərin inkişafı, hər bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik binamıza möhkəm bir daş, möhkəm bir təməldir. Bu layihələr, əlbəttə ki, ancaq müstəqil Azərbaycanda reallaşa bilərdi. Çünki müstəqil Azərbaycan Azərbaycan xalqının dövlətidir və müstəqil Azərbaycanın siyasəti də insan amilinə hesablanıbdır. İnsan hər şeydən üstündür. Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, rahat yaşaması, rifahı ön plandadır".
Yuxarıda Cənab Prezident İlham Əliyevin qeyd etdiyimiz bu ifadələri və müxtəlif kontekstlərdə qeyd etdiyi fikirlər, həqiqətən də, qızıl onillik adlandırılan hakimiyyəti dövründə ictimai mühəndislik konsepsiyasına müvafiq mahiyyət daşıyır. Son təhlillər və statistik məlumatlar onu göstərir ki, dövlət başçımızın həyata keçirdiyi uğurlu iqtisadi-sosial fəaliyyətlər Azərbaycanda cəmiyyətin daha da inkişaf etməsi üçün ictimai mühəndisliyin davamlı inkişafını vacib hala gətirir.
Rəşad İlyasov,
fəlsəfə doktoru