"New York Times" qəzetinin internet səhifəsi avqustun 27-də günorta saatlarında çoxsaylı haker hücumu nəticəsində fəaliyyətini dayandırıb. Səhifə təxminən 6 saat müddətində işləməyib və istifadəçi daxilolmaları yararsız olub. Verilən məlumata əsasən, qəzetin mobil telefon vasitəsilə baxılan səhifələri də heç bir çağırışa cavab verməyib.
"Bir çox istifadəçilərimiz qəzetimizin səhifəsinə daxil olmaqda çətinlik çəkirlər. Hazırda problemin həlli istiqamətində işlər aparılır. İlkin nəticələrə görə, "New York Times" qəzetinin internet səhifəsi xarici hakerlərin hücumlarına məruz qalıb." – deyə qəzetin Facebook səhifəsində qeyd olunur.
yap.org.az