PDF Oxu

Siyasət

  • 15

Fəzail Ağamalı: “AXCP ilə Müsavat Partiyası mehriban düşməndirlər”

Fəzail Ağamalı: “AXCP ilə Müsavat Partiyası mehriban düşməndirlər”

"Burada əsas məqsəd "Milli Şura" vasitəsilə Azərbaycana təzyiq göstərmək və qarşıdan gələn prezident seçkilərində rəsmi Moskvanın maraqlarına xidmət edəcək bir şəxsi hakimiyyətə gətirməkdir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı seçkilər öncəsi "Milli Şura" daxilində baş verən proseslərə münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, bu məsələ açıq-aydın görünürdü. Hətta bu layihənin daxilində "Milyarderlər İttifaqı"nın üzvləri də var idi. Eləcə də İbrahimbəyov bu layihənin reallaşdırılmasında xüsusi canfəşanlıq göstərirdi və s: "Bəs gəlin görək, son nəticə nə oldu? Nəticədə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən, çevik, ölçülüb-biçilən uğurlu addımları "Milli Şura"nı çıxılmaz və acınacaqlı duruma saldı. Beləcə, "Milli Şura" ictimai rəydə çox ciddi qınaq obyektinə çevrildi. Azərbaycanda özünü milli demokratlar adlandıran insanlar da xaricdən ölkəmizə yeridilən və Azərbaycanın suverenliyini təhdid edən bu layihədə iştirak etməklə dövlətimizin imicinə zərbə vurmağa çalışdılar. Belə olan təqdirdə "Milli Şura" çıxış yolunu alternativ namizəd kimi Cəmil Həsənlini ortaya atmaqda gördü. Bununla Müsavat və AXCP Partiyasının bütün mahiyyəti üzə çıxdı. Beləcə, həmin insanlar öz məğlubiyyətlərini Cəmil Həsənlinin kölgəsi altında sığortalamış oldular. Onlar özlərini bu dəfə də, oktyabrda keçiriləcək prezident seçkilərindən yayındırmaqla gələcəyə ümid bəsləyərək nə vaxtsa qalib gələcəkləri xəyallarına qapıldılar. Məhz bu düşüncə ilə onlar "Milli Şura"ya qoşulmuşdular".

Fəzail Ağamalı hesab edir ki, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə müxalifət partiyaları arasında yaranan ziddiyyətlər "Milli Şura" daxilində özünü bir daha göstərib: "AXCP ilə Müsavat Partiyası mehriban düşməndirlər. Hər iki partiyanın bir-birlərinə qarşı antipatiyası mövcuddur. Sadəcə olaraq müəyyən məqamlarda onların maraqları üst-üstə düşdüyünə görə birləşirlər. Onların prezident seçkilərində iştirak edərək qalib gəlməsindən isə ümumiyyətlə söhbət gedə bilməz. Hətta deyə bilərəm ki, "Milli Şura"nın namizədi digər iddiaçılarla müqayisədə ən aşağı səs toplayan namizəd olacaq. Bu məsələyə heç bir şübhəm yoxdur".

sia.az

Digər xəbərlər