Rusiyanın Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidə missiyasını göndərəcək. Trend-in Rusiyanın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya MSK-nın katibi Nikolay Konkin bildirib.
N.Konkin deyib ki, müşahidə missiyasına 2 heyət daxil olacaq, bunlardan biri MSK üzvləri, digəri isə dairə seçki komissiyalarının rəhbərlərindən ibarət olacaq
yap.org.az