PDF Oxu

Siyasət

  • 11

Sərraf Balaxan: “Ölkəmizdən radikalların təmizlənməsi üçün planlar mövcuddur”

Sərraf Balaxan: “Ölkəmizdən radikalların təmizlənməsi üçün planlar mövcuddur”

"Çox az bir müddətdə yaradılmasına baxmayaraq, Azərbaycanın klassik müxalifətini yerlə yeksan edən "Milli Şura" öz azsaylı tərəfdarlarını hələ də məyus etməkdə davam edir. Əslində, bu bizim tarixi müxalifətçilərin, hakimiyyət naminə istənilən oyuna gedənlərin öncədən duymadıqları bir oyuna çevrildi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan "Milli Şura" daxilində baş verən proseslərə münasibət bildirərkən deyib.

YAP GB Ofisinin rəhbəri hesab edir ki, bir neçə ay əvvəl sədri olduğu partiyadan xəbərsiz, partiyanın ali orqanının qərarı olmadan özünün Prezidentliyə namizədliyini irəli sürən İsa Qənbər, bu namizədliyə böyük hazırlıq işləri görən Əli Kərimli aciz duruma düşdülər. "Milli Şura"da baş verən proseslər o qədər qaranlıq və sürətli oldu ki, heç öz üzvləri belə nəyin baş verdiyini anlamağa vaxt tapmadılar. Rüstəm İbrahimbəyovun və onun sözçüsü Eldar Namazovun şura üzvlərinin başına gətirdiyi oyunlar əslində gözəl bir ssenarinin oluğunu təsdiqlədi. Rüstəm İbrahimbəyovun ortaya qoyduğu yaradıcı siyasətçi obrazı baş verən proseslərdə aydın hiss edilirdi".

Sərraf Balaxan deyib ki, beləcə "Milli Şura"nın qurduğu bu oyunlarda cəmiyyətdə AXCP və Müsavat cütlüyünə hələ də inanan az bir kəsim üçün faydalı nəticələr ortaya qoyuldu: "Bunlardan birincisi Azərbaycanda ömürlük müxalifətçiliyi, antimilliliyi qəbul etmiş Əli Kərimli və İsa Qənbər cütlüyünün müəyyən qədər də olsa zərərsizləşdirilməsi faktı oldu. İkinci bir məsələ, bu cütlüyün zərərsizləşdirilməsi və ortalıqdan çıxarılması onların yanında olan gənclər üçün müəyyən imkanlar yaratdı. Ən önəmlisi isə, bu oyun ola bilsin ki, gələcəkdə ölkəmizdə də sağlam müxalifətin yaranması üçün ilkin zəmin olsun. "Milli Şura" bu gün nəhayət yıxılıb-durub öz vahid namizədini elan etdi. Bu şəxs bəlkə də ssenarinin növbəti epizodik obrazıdır. Amma hərhalda, radikalların istəkləri fonunda reallaşan bir obrazdır. Cəmil Həsənli çox faydalı araşdırmaların, dərsliklərin müəllifi olaraq daha güclüdür, nəinki radikal müxalifətin istəklərinin ifadəsi olan namizəd kimi".

sia.az

Digər xəbərlər