PDF Oxu

Siyasət

  • 11

Bayram Səfərov: "Ermənistan öz əhalisini yalançı uğurları ilə aldadır"

Bayram Səfərov: "Ermənistan öz əhalisini yalançı uğurları ilə aldadır"

"Dağlıq Qarabağa bir dəfə səfər edən xarici ölkələrin rəsmi şəxsləri bu bölgəyə bir də getmirlər". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov belə deyib. Onun sözlərinə görə, ermənilər xarici ölkələrin rəsmi və qeyri-rəsmi şəxslərini işğal etdikləri Dağlıq Qarabağa aldadaraq aparırlar: "Ermənistana səfər edən xarici ölkə rəsmiləri aparıldıqları bütün ərazilərin Ermənistan olduğunu güman edirlər. Yəni onlar Ermənistana gedirlər, sonradan məlum olur ki, həm də Dağlıq Qarabağa da aparılıblar. İkinci dəfə Qarabağa gedən xarici ölkə rəsmisi yoxdur. Bunun özü ermənilərin belə səfərləri riyakarlıqla hazırlamasından xəbər verir".

Bu gün heç bir xarici dövlətin hər hansı bir rəsmisinin əməlinə görə, Azərbaycanla əlaqələrinin korlanmasını istəmədiyini deyən Bayram Səfərov bildirib ki, nə Ermənistanın, nə də Qarabağda olan ermənilərin bu təbii sərvətləri istismar etməsi üçün maliyyə imkanları yoxdur: "Bu, ermənilərin Azərbaycanı qıcıqlandırmaq üçün ortaya atdığı növbəti dezinformasiyadır. Belə informasiyalar yaymaqla Ermənistan hökuməti öz əhalisini yalançı iqtisadi uğurlar adı ilə aldatmaqla məşğuldur".

Bayram Səfərov erməni ictimaiyyətinə müraciət edərək, bütün erməniləri öz haqlarını müdafiə etməyə də çağırıb: "Buradan onlara səslənirəm. Üzümü həm Ermənistandakı, həm də Qarabağdakı ermənilərə tuturam. Yaşadığınız yerdə sizə qarşı haqsızlıq edənlərdən öz hüquqlarınızı tələb edin. Onlara deyin ki, sizə qarşı niyə belə cinayətlər törədirlər. Azərbaycan olaraq, bizim qapımız hamının üzünə açıqdır. Qarabağın erməniləri isə unutmasınlar ki, onlar Azərbaycan vətəndaşlarıdır. Bayrağımızın altından keçən hər bir erməniyə çörək verməyə hazırıq".

sia.az

Digər xəbərlər