Ukrayna Prezidenti Viktor Yanukoviç dövlət telekanalına verdiyi müsahibəsində bildirib ki, rəsmi Kiyev Avropa Birliyi ilə assosiativ əməkdaşlıq üçün lazımı şərtləri yerinə yetirməyə hazırdır.
"Assosiativ əməkdaşlıq üzrə sənədin imzalanmasında heç bir problem görmürəm. Ukrayna üzərinə düşən lazımı bütün şərtləri yerinə yetirəcəkdir. Buna heç bir şübhəm yoxdur." – deyə Ukrayna Prezidenti qeyd edib.
Xatırladaq ki, Ukrayna Avropa Birliyi ilə assosiativ əməkdaşlıq haqqında sazişi cari ilin noyabr ayında qurumun Vilnüsdə keçiriləcək "Şərq tərəfdaşlığı" samitində imzalamağa hazırlaşır.
sia.az