"Artıq Avropa zəifləyir və Rusiya bunu özü üçün bir imkan kimi görür. Azərbaycan xarici siyasətin diversifikasiyası siyasəti yürüdür və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm ölkəyə çevrilib. Bu ölkənin ABŞ-la sıx münasibətləri formalaşıb". SİA-nın məlumatına görə, bu sözləri SAM-ın təşkilatçılığı ilə keçirilən "Dəyişən dünyada Cənubi Qafqaz" forumunda çıxışı zamanı "Stratfor" analitik mərkəzinin təsisçisi Corc Fridman deyib.Onun sözlərinə görə, ölkə diversifikasiya siyasəti yürüdür: "Bir zamanlar Heydər Əliyev çoxlarından fərqli olaraq dünyanın dəyişdiyini anlayıb, ölkənin siyasətini buna görə qururdu. Artıq əvvəlki Avropa yoxdur. Hələlik Avropa zəifləyir və Rusiya bunu özü üçün bir imkan kimi görür. Avropanın zəifliyinin səbəbi vahid xarici siyasət kursunun olmamasıdır. Avropa vahid işlənmiş xarici siyasətə sahib deyil. Məsələn, Fransa bu gün Suriyaya hücum etməyə hazırdır, Almaniya isə bunu etməyə hazır deyil".
sia.az