"Enerji təhlükəsizliyi sahəsində iri layihələrdə Azərbaycan mühüm rol oynayıb. Azərbaycanın təşəbbüsü və iştirakı olmasaydı, bu layihələr həyata keçirilə bilməzdi. Bu inkişaf bu gün dayanmır və gələcəyə hesablanıb". SİA-nın nəlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda çıxışı zamanı deyib.N.Məmmədovun sözlərinə görə, enerji təhlükəsiziliyi dünyada çox mühüm bir məqama çevrilib və Azərbaycan enerji sahəsində çox böyük uğurlar qazanıb."Ölkəmiz müstəqilliyindən sonra Azərbaycan rəhbərliyi lazımı addımlar atıb ki, bu geostrateji məkan ölkənin sabitliyini və inkişafını təmin edə bilsin. Atılan addımlarla buna da nail olunub. Azərbayan artıq Cənubi Qafqaz regionunun liderinə çevrilib. Cənubi Qafqaz regionu mürəkkəb bir regiondur və Azərbaycan rəhbərliyi çalışır ki, regionda sülh və sabitlik olsun. Azərbaycan tarixinə fikir versək, multikultralizmin qədim tarixə malik olmasının şahidi olarıq. Müxtəlif dinlərə mənsub insanlar uzun illərdir Azrbaycanda mehriban şəraitdə yaşayırlar", - deyə PA rəsmisi sözlərinə əlavə edib.Azərbaycanda medianın inkişafından söz açan Novruz Məmmədov deyib ki, bu gün Azərbaycanda çoxlu sayda media qurumları müstəqil şəkildə fəaliyyət göstərirlər: "Ölkəmizdə internet azadlığı mövcuddur. Azərbaycan əhalisinin 65 faizi internetdən, sosial şəbəkələrdən istifadə edir".Azərbaycanda 60 siyasi partiyanın fəaliyyət göstərdiyini deyən PA rəsmisi qeyd edib ki, bu partiyaların inkişafı üçün dövlət büdcəsindən yardım ayrılır.
sia.az