PDF Oxu

Siyasət

  • 8

"Human Rights Watch" təşkilatı Azərbaycana qarşı qərəzli mövqedədir

"Human Rights Watch" təşkilatı Azərbaycana qarşı qərəzli mövqedədir

Azərbaycanın güclü dövlət kimi mövcudluğu, yerləşdiyi coğrafiyada söz sahibinə çevrilməsi görünür hələ də, müəyyən qütbləri narahat edir. Sözsüz ki, ölkəmizin müstəqil siyasət yürütməsi, açıq iradə nümayiş etdirməsi, zaman-zaman bu cür narahatlıqları üzə çıxarıb. Bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, regionda sülhün və sabitliyin bərqərar olmasına çalışan bir ölkəyə qarşı müəyyən qütblər düşmənçilik siyasəti yürüdürlər. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

Qeyd edib ki, "Human Rights Watch" kimi qondarma təşkilatlar dünyada hal-hazırda baş verən neqativ hallara, günahsız insan ölümlərinə nədənsə biganə yanaşaraq erməni lobbisinin diqtəsi altında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan uydurma hesabatlar yayırlar.

A.Hüseynov bu cür təşkilatların qərəzli hesabatlarının artıq dünya ictimaiyyəti tərəfindən də hiddətlə qarşılandığını vurğulayıb.Təbii ki, belə yanaşmalar Azərbaycanın mövcud durumuna heç bir halda təsir etməyəcək deyən təşkilat sədri ermənipərəst qütblərin mövqeyindən başqa mövqe də gözləmədiklərini söyləyib.

sia.az

Digər xəbərlər