"ABŞ-lı konqresmenlər bəzən onların seçki kampaniyasını maliyyələşdirən qrupların təsir dairəsinə düşür və bu səbəbdən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv mövqedən çıxış edə bilmirlər". SİA-nın xəbərinə görə, bu fikirləri "The Tool Shed Group" araşdırma və konsultasiya şirkətinin direktoru Ceyson Katz Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda çıxışı zamanı deyib.Onun sözlərinə görə, konqresmenlər çox vaxt erməni lobbisinin uydurmaları vasitəsi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılırlar: "Münaqişənin tanıdılmasında əsas manelərdən biri bu uydurmaların mütəşəkkil olmasıdır. Hesab edirəm ki, erməni lobbisi tərəfindən edilən bu uydurmaları aradan qaldırmalıyıq. Həmçinin dünyada Azərbaycanın strateji önəmi və enerji təhlükəsizliyindəki rolu barədə fikirlər daha da gücləndirilməlidir".C.Katz vurğulayıb ki, Ermənistan Rusiyanın vassal dövlətidir: "Rusiya qoşunlarını Ermənistanda yerləşdirib. Qoşunların bu ölkədə saxlanması üçün uzunmüddətli sazişlər imzalanıb".
sia.az