PDF Oxu

Siyasət

  • 8

TürkPA ilə Türk Dünyası Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair saziş imzalanacaqdır

TürkPA ilə Türk Dünyası Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair saziş imzalanacaqdır

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sədri Ramil Həsənov Türkiyədə səfərdədir.

TürkPA-nın mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində sentyabrın 3-də TürkPA ilə Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) arasında əməkdaşlığa dair saziş imzalanacaqdır.

Saziş hər iki təşkilat arasında əlaqələrin müxtəlif səviyyələrdə inkişaf etdirilməsi, yerli idarəetmə orqanlarının beynəlxalq parlament təşkilatı olan TürkPA-nın tədbirlərində yaxından iştirakına imkan yaratmaq, birgə layihələr, konfranslar təşkil etmək və s. məqsədi daşıyır.

Əməkdaşlıq sazişini TürkPA-nın baş katib Ramil Həsənov və TDBB-nin sədri, Kocaeli Böyük Şəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu imzalayacaqlar.

yap.org.az

Digər xəbərlər