PDF Oxu

Siyasət

  • 15

Azərbaycanın xarici işlər naziri Böyük Britaniyaya səfər edəcəkdir

Azərbaycanın xarici işlər naziri Böyük Britaniyaya səfər edəcəkdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 3-dən 5-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olacaqdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, parlamentin xarici əlaqələr və enerji məsələləri üzrə komitələrinin üzvləri və bp şirkətinin baş icraçı direktoru Lamar Makkey ilə görüşləri nəzərdə tutulmuşdur.

Səfər çərçivəsində, həmçinin nazir Elmar Məmmədyarovun Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda çıxışı və Böyük Britaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşləri də planlaşdırılmışdır.

yap.org.az

Digər xəbərlər