Azərbaycanda səfərdə olan Tacikistanın meliorasiya və su təsərrüfatı naziri Rəhmət Bobokalonovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtını seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi, Dövlət Bayrağı Meydanı və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.
AzərTAc