Bu il seçkidə 600 min gənc iştirak edəcək. SİA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyinin bu ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib. O bildirib ki, əsas məqsəd bu sahədə gəncləri maarifləndirmək və onları məntəqələrə cəlb etməkdir: "Bu, bizim üçün çox vacibdir. Biz çalışmalıyıq ki, gənclərin seçkidə iştirak etməsi üçün, onları seçki məntəqələrinə cəb edək. Bununla əlaqədar regionlarda da iş aparılır".Nazir həmçinin, seçkilərlə bağlı roliklərin hazırlandığını da vurğulayıb. O qeyd edib ki, sözügedən roliklər yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.Azərbaycanda gənclər mükafatının təsis olunması məsələsinə də toxunan nazir bunun çox sevindirici hal olduğunu deyib.
sia.az