PDF Oxu

Siyasət

  • 6

Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının II Forumu çərçivəsində “Cənubi Qafqaz regionu Avropa ilə Asiyanın kəsişməsində” mövzusunda panel iclası keçirilir

Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının II Forumu çərçivəsində “Cənubi Qafqaz regionu Avropa ilə Asiyanın kəsişməsində” mövzusunda panel iclası keçirilir

Sentyabrın 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda II Forumu çərçivəsində növbəti panel iclası işə başlamışdır.

"Cənubi Qafqaz regionu Avropa ilə Asiyanın kəsişməsində" mövzusunda keçirilən iclasda SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə şöbəsinin müdiri Vüsal Qasımlı məruzə ilə çıxış edərək Azərbaycanda gedən sürətli inkişafdan, bütün sahələrdə həyata keçirilən uğurlu islahatlardan, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğıdan danışmışdır.

Tədbirdə, həmçinin Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadovun, Korvinus Universitetinin professoru, Macarıstanın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Andre Erdosun və başqalarının məruzələri dinləniləcəkdir.

yap.org.az

Digər xəbərlər