"Ölkədə yaradılmış fondlar çevik, səmərəli mexanizmlər əsasında fəaliyyət göstərir". Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.
E.Babayev bildirib ki, elmin inkişafı məsələlərində gənclərin potensialından düzgün istifadə edilməlidir. Rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi üç ildə xeyli sayda layihələrin, o cümlədən gənc tədqiqatçılar üçün xüsusi qrant müsabiqəsinin keçirildiyini söyləyən E.Babayev müsabiqələrdə iştirak qaydaları haqqında geniş məlumat verib.
Xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakı maliyyələşdirən "Mobillik qrantı" müsabiqəsinin əhəmiyyətindən söz açan E.Babayev gəncləri fondun layihələrində iştiraka dəvət edib, onların elmi potensiallarının ölkəmizdəki fondlar tərəfindən reallaşdırılacağına əminliyini bildirib.
yap.org.az