PDF Oxu

Siyasət

  • 9

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri BMT Baş Məclisinin 67-ci sessiyası çərçivəsində keçiriləcək müzakirələrdə iştirak edəcəkdir

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri BMT Baş Məclisinin 67-ci sessiyası çərçivəsində keçiriləcək müzakirələrdə iştirak edəcəkdir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sentyabrın 4-5-də BMT Baş Məclisinin 67-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçiriləcək müzakirələrdə iştirak edəcəkdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, rabitə və informasiya texnologiyaları mövzusuna həsr olunan sessiyada BMT Baş Məclisinin prezidenti Vuk Jeremich, bu qurumun baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo əsas məruzəçi qismində çıxış edəcəklər.

Sessiyada müzakirələr BMT Baş Məclisinin Azərbaycan hökumətinin təşəbbüsü ilə "Avrasiya Rabitə Alyansı" ("Eurasian Connectivity Alliance"- EuraCA) yaradılması haqqında qəbul olunmuş qətnaməsi çərçivəsində keçiriləcəkdir.

Səfər zamanı nazir Əli Abbasovun BMT rəsmiləri, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.

yap.org.az

Digər xəbərlər