PDF Oxu

Siyasət

  • 8

Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili yanaşma mövcuddur

Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili yanaşma mövcuddur

Elçin Mirzəbəyli: "Bugünkü dünya beynəlxalq hüquq normaları ilə yox, zor prinsipləri və böyük dövlətlərin geosiyasi maraqları ilə idarə olunur"

Uzun illərdir ki, Ermənistanın tutduğu qeyri-konstruktiv siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır. Problemin uzanmasında ATƏT-in Minsk Qrupunun həmsədrinin münaqişənin həllinənə ikili yanaşmaları da xüsusi rol oynayır. Politoloq Elçin Mirzəbəyli isə bizimlə söhbətində bildirdi ki, hər zaman Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlar olub: "Ümumiyyətlə, böyük güclərin maraqları harada nəyi tələb edirsə, o məsələlərə münasibətdə də ikili standartlar ortaya çıxır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinə ikili standartdan yanaşmaları yolverilməzdir. Çünki həmin ölkələr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğlu olan ölkələrdir. Digər tərəfdən isə Fransa, ABŞ və Rusiyada yaşayan erməni lobbisi Ermənistana - separatçı rejimə mütəmadi olaraq yardımlar göstərilir. Təəssüflər olsun ki, bugünkü dünya beynəlxalq hüquq normaları ilə yox, zor prinsipləri və böyük dövlətlərin geosiyasi maraqları ilə idarə olunur. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına səbəb olur".

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində ikili standartların davam etməsi bugünkü beynəlxalq situasiyadan qaynaqlanır: "Təəssüflər olsun ki, Birləşmiş Millətlər Təşkilatı adlanan dünyanın ən nüfuzlu qurumu və onun Təhlükəsizlik Şurası ikinci dünya müharibəsinin nəticələrinə uyğun olaraq idarə olunur. Ancaq ikinci dünya müharibəsindən sonra dünyada reallıqlar tamamilə dəyişib. Yəni, böyük dövlətlər meydana gəlib. Dünyanın artıq bir çox ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin qəbul etdiyi qərarlarla barışmaq istəmir. Nə qədər ki, BMT-nin strukturunda dəyişikliklər baş vermir və dünyanın bəzi güc dövlətlərinin öz geosiyasi maraqları maninə beynəlxalq hüquq normalarına sayğı göstərməyəcəksə, ikili standartlar da davam edəcəkdir".

E.Mirzəbəyli Ermənistanda hökm sürən ağır sosial iqtisadi böhrandan və ölkə əhalisinin kütləvi şəkildə xaricə üz tutmasının səbəblərindən də danışdı: "Mövcud olduğu gündən Ermənistan adlı bir ölkə müsbətə doğru hər hansı bir addım ata bilməyib. Belə olan halda söhbət Ermənistanda hansı irəliliyişlərin olmasından gedə bilər? Burada isə Ermənistanda yaşayan insanların öz ölkələrini tərk edib başqa ölkələrə getmələri orada yaşayış səviyyəsinin ağır olmasından xəbər verir. Bir sözlə, Ermənistan əhalisinin öz ölkələrini tərk etməsinin əsas səbəbi vətəndaşlarının əzilməsi, sosial-iqtisadi cəhətdən böhran yaşamasıdır".

GÜLYANƏ

Digər xəbərlər