Xorvatiyada Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası davam edir.
AzərTAc xəbər verir ki, iclasın növbəti günündə Albaniyada keçirilən prezident seçkilərinin nəticələri, Azərbaycan və Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək AŞPA nümayəndə heyətlərinin tərkibinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunmuşdur.
İclasda İordaniya Krallığının demokratiya üzrə tərəfdaş statusu əldə etməsi üçün AŞPA-ya müraciətinə və digər məsələlərə də baxılmışdır.
AzərTAc