Azərbaycanda səfərdə olan Əfqanıstanın təbii sərvətlər və neft naziri Vahidullah Şahraninin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.
AzərTAc