"Bu ilin ötən dövründə gənclər siyasəti sahəsində 90-dan artıq tədbir həyata keçirilib. Onlardan 18-i beynəlxalq tipli tədbir 30-dan çox ölkədə keçirilib. İki mindən artıq gənc isə 50 ölkədə keçirilən tədbirlərdə iştirak edib". Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimov bildirib ki, son 10 ildə Azərbaycanda gənclər siyasətinə ayrılan büdcə 100 dəfə artaraq 25 milyon manata çatıb. Nazir həmçinin, gənclərin seçkilərdə iştirakının vacibliyini də vurğulayıb.
"Bu il 600 min gənc seçkidə iştirak edəcək. Bu bizim üçün çox vacibdir. Əsas məqsədimiz odur ki, bu sahədə gəncləri maarifləndirək və onları məntəqələrə cəlb edək. Bunun üçün regionlarda da iş aparılır. Həmçinin, roliklər hazırlanır. Yaxın zamanda bu roliklər ictimaiyyətə təqdim olunacaq"- deyə, nazir vurğulayıb.
yap.org.az