"Enerji təhlükəsiziliyi dünyada çox mühüm bir məqama çevrilib və Azərbaycan enerji sahəsində çox böyük uğurlar qazanıb". Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, enerji təhlükəsizliyi sahəsində iri layihələrdə Azərbaycan mühüm rol oynayıb. Onun sözərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı olmasaydı, bu layihələr həyata keçirilə bilməzdi.
"Azərbaycan rəhbərliyi lazımı addımlar atıb ki, bu geostrategi məkan ölkənin sabitliyini və inkişafını təmin edə bilsin və buna da nail olub. Azərbayan artıq Cənubi Qafqaz regionunun liderinə çevrilib"- deyə, N.Məmmədov vurğulayıb.
yap.org.az